15:17 01-04-2017
news_image
378
FUTBOL

Azərbaycan çempionatında 5 ən gözəl qol - VİDEO

I divizionda martın 5 ən gözəl qolu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçiləcək ayın qoluna 5 namizəd bəlli olub.

 

Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malikdi. Onlar və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir.