15:36 02-04-2017
news_image
402
FUTBOL

Şvaynştayger qolla başladı - VİDEO

Bastian Şvaynştayger ABŞ karyerasına qolla başlayıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”dən ABŞ-ın "Çikaqo Fayr" klubuna  transfer olunan 32 yaşlı yarımmüdafiəçi debüt oyununda fərqlənib.


Almaniya millisinin sabiq üzvü MLS liqasının 4-cü turunda "Montreal İmpakt"la matçın (2:2) 17-ci dəqiqəsində komandasının ilk qolunu vurub.

Qeyd edək ki, "Çikaqo Fayr" 5 xalla 7-ci pillədə qərarlaşıb.