10:49 04-04-2017
news_image
1688
TOP OYUNLARI

“Faiq Qarayev məni əmin etdi ki...” - Zoran Qayiç

“Telekom”un baş məşqçisi Zoran Qayiç Serbiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə Azərbaycanda çempionluq sevinci yaşayan mütəxəssis bu qələbədən danışıb. Serbiya Voleybol Federasiyasının prezidenti də olan Qayiç yeni mövsümlə bağlı qərarı gözlədiyini də deyib.

 

 

- Azərbaycanda növbəti çempionluğu yaşadız. Bunu necə dəyərləndirərdiz?

- Artıq tarixin yaddaşına köçən “Rabitə” 8 dəfə Azərbaycan çempionluğunu qazanıb. Onun ikisi mənim rəhbərliyim altında olub. “Telekom”la isə ilk dəfə bu uğura nail oldum. Komandada eyforiyaya yoxdu. Amma “Azərreyl”lə mübarizəni belə bitirdiyimizdən məmnunuq. Bu asan əldə edilməsə də, çempionluq şirin oldu.

 

- Çempionluğa gedən yolda hansı çətinliklərlə üzləşdiz?

- Mövsümə meydanda 1 azərbaycanlının olacağı düşüncəsi ilə hazırlaşmışdıq. Sonradan limit dəyişdi və yerli yığmanın 3 üzvü ilə matça çıxmalı olduq. Bu da bütün liqada qaşıqlıq yaratdı və bir sıra legionerlər qurban verildi. Bizim komanda bu zədələrlə problemi olan Kseniya İvanoviç idi.

 

- Çempionlar Liqasında uğursuz çıxış etdiz. Bunu çempionatına hazırlıq kimi qiymətləndirmək olarmi?

- Əslində qrupumuz çox çətin idi. Hərçənd növbəti mərhələyə keçə də bilərdik. Amma bunu bacarsaydıq belə orada nəhənglərlə nə edəcəkdik? Çempionlar Liqasında oynamaqla voleybolçularımız ciddi sınaqda təcrübə topladılar. Bunu xüsusilə də gənclərə aid etmək olar. Sladyana Mirkoviç çətin ritmə uyğunlaşdı və inkişaf etməkdə davam edir. Düşünürəm ki, onu parlaq gələcək gözləyir. Digər 2 serbiyalı Aleksandra Petroviç və Yovana Vesoviçə gəlincə, onlar ən yaxşı oyunlarını mövsümün sonunda keçirdilər.

 

- Əsas rəqibiniz “Azərreyl”i 3 oyunda məğlub edib, birində uduzduz...

- Hər 3 görüşdə 3:2 hesabı ilə qalib gəldik. Sonradan Tatyana Bokanı gətirib bizə mane olmaq istədilər. Amma yekunda bizim daha çox qələbəmiz oldu.

 

- Azərbaycan voleybolunun gələcəyi barədə nə deyə bilərsiz?

- Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev məni əmin etdi ki, növbəti mövsümdə 6 komanda olacaq. Amma hələ də söz-söhbət var ki, ən yaxşı komandalar Rusiya çempionatında oynayacaq. Yaşayarıq, görərik.

 

- Bəs “Telekom”u nə gözləyir?

- Hələ heç nə bilmirəm. Mən və bəzilərinin komanda ilə 1 illik müqaviləsi qalıb. Gözləyirik ki, klub rəhbərliyi yeni mövsümlə bağlı nələri planlaşdırır. Bundan sonra qərar verərik.

 

- Mövsümün bağlanış mərasimində Azərbaycan voleybolundakı xidmətlərinizə görə xüsusi mükafat aldız. Bunu necə qarşıladız?

- Düşünürəm ki, bu, Azərbaycan Voleybol Federasiyasının yaxşı bir jesti idi. Bu il qadınlar arasında Avropa çempionatının Azərbaycan çempionatında keçirilməsi və Serbiyanın burda aparıcı rollarda olacağını nəzərə alsaq, çox yaxşı addım oldu.