09:24 05-04-2017
news_image
386
TOP OYUNLARI

“Azərreyl”in qənimini Çempionlar Liqasından kənarlaşdırdılar

Qadın voleybolçular arasında Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Türkiyə klubları “Fənərbaxça” ilə “Əczaçıbaşı” üz-üzə gəlib.

 

Səfərdə 3:2 hesabı ilə qalib gələn “sarı-lacivərdlilər” bu dəfə rəqibi qarşısında aciz qalıblar. İstanbulluların duelindən “Əczaçıbaşı” qalib ayrılıb. Onlar 3:1 (31:29, 14:25, 25:27, 23:25) hesablı qələbə sayəsində “Dördlər finalı”na yüksəliblər.

 

Bu gün isə “Bakıfbank” (Türkiyə) “Volero” (İsveçrə) ilə, “Dinamo” (Rusiya, Moskva) “Modena” (İtaliya) ilə qarşılaşacaq.

 

Qeyd edək ki, “Fənərbaxça” qrup mərhələsində Bakının “Azərreyl” klubunun rəqibi olub. Onlar “dəmiryolçular”ı hər 2 görüşdə 3:0 hesabı ilə darmadağın etməklə, mövsümün rekorduna da imza atıb.