17:01 06-04-2017
news_image

Cüdoçularımız rəqiblərini tanıdı, Məmmədəli Mehdiyev heyətdən çıxarıldı

Türkiyənin Antalya şəhərində cüdo üzrə keçiriləcək Qran-pri turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan mərasimdə Azərbaycan yığmasının idmançıları da rəqiblərini tanıyıblar.

 

Komandamızın üzvlərindən 3-ü ilk mərhələdən azaddı.

 

Sabah başlayacaq yarış 3 gün davam edəcək. Komandamız Qran-pri üçün 14 cüdoçu sifariş etsə də, son anda Məmmədəli Mehdiyev (90 kq) heyətdən çıxarılıb.

 

 

66 kq: İlkin Babazadə - Petar Zadro (Bosniya və Hersoqovina)
Vüqar Şirinli - Sardor Nurullayev (Özbəkistan)
73 kq: Hüseyn Rəhimli -  Hyunsu Park (Cənubi Koreya)
Hidayət Heydərov - En-Sonq Çoi (Cənubi Koreya) / Laşa Lomidze (Rusiya)
90 kq: Tural Səfquliyev - Meirambek Janqabay (Qazaxstan) / Çan-Ho Kim (Cənubi Koreya)
100 kq: Elxan Məmmədov - Əli Ərdoğan (Türkiyə) / Şirəli Jurayev (Özbəkistan)
+100 kq: Uşanqi Kokauri - Da-Som Yanq (Cənubi Koreya)
48 kq: Gültac Məmmədəliyeva - Mariya Sidero (Portuqaliya) 
Aişa Qurbanlı - Çen Qiao (Çin)
52 kq: Nəzakət Əzizova – İrəm Qorxmaz (Türkiyə)
57 kq: Leyla Şahin - Aygül Kutsenko (Rusiya)
Nərgiz Hacıyeva - Sanobar Sultonova (Özbəkistan)
63 kq: Gülsədəf Kərimova – Olqa Kruikova (Rusiya)