09:44 10-04-2017
news_image
411
TOP OYUNLARI

Odina Bayramova 1/4 finalda qələbə qazandı

Qadın voleybolçular arasında İtaliya A seriyasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” yarımfinala gedən yolda “Konegliano” ilə ilk oyununu keçirib.

 

Evdə baş tutan matçda təmsilçimizin komandası qalib gəlib. Onlar rəqiblərini 3:2 (25:18, 25:15, 23:25, 17:25, 15:10) hesabı ilə məğlub ediblər. Bayramova görüşdə 20 xal toplayıb.

 

Komandalar arasında cavab oyunu aprelin 17-də olacaq.