15:46 11-04-2017
news_image
675
TOP OYUNLARI

Belarus yığmamızla yoldaşlıq oyunu keçirəcək

Qadın voleybolçulardan ibarət Belarus millisi Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, komandanın Bakıya səfərində məqsəd yığmamızla yoxlama matçları keçirməkdi.

 

Belə ki, millimiz Sloveniya toplanışını başa vurduqdan sonra mayın 2-də ölkəmizə dönəcək. Onlar 1 günlük fasilədən sonra – ayın 4-də Belarusla birgə hazırlığa start verəcəklər. Qonaqların Bakıda 1 həftə qalması və təmsilçimizlə 3 sınaq matçı keçirməsi planlaşdırılır.

 

Ardınca isə yığmamız İslamiadadakı çıxışına başlayacaq. Bu turnir mayın 12-də başlayacaq.