09:21 13-04-2017
news_image

Avropa kubokunu qazanan cüdoçularımız Vətəndə - FOTOSESSİYA

Çexiyada yeniyetmələr arasında Avropa kubokunda böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan və komanda hesabında birinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

 

Avropa kubokunda təmsilçilərimizdən Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (+90 kq), Vüsalə Kərimova (40 kq) qızıl, Ayxan Tanrıverdiyev (55 kq) gümüş, Əmrah Səlimli (55 kq) və Cəfər Əkbərli (90 kq) isə bürünc medal qazanıb.