13:38 14-04-2017
news_image
1214
FUTBOL

Sabiq “Parma”lıya Azərbaycandan sərfəli təklif

Albaniya yığmasının üzvü Andi Lila karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Azərbaycandan təklif alıb.

 

Adı açıqlanmayan klubumuz tərəfindən Lilaya sərfəli təklif irəli sürülüb. Həm müdafiə, həm də yarımmüdafiə xəttində çıxış etməyi bacaran Andinin hazırkı komandası “PAS Yanina”nı tərk etmək ehtimalı yüksək dəyərləndirilir. Belə ki, Lila Yunanıstan klubundakı vəziyyətindən razı deyil. Buna görə də, onun əlinə düşən imkandan yararlanmaq və Azərbaycana köçmək istədiyi bildirilir.

 

Qeyd edək ki, karyerası ərzində “Besa”, “İraklis”, “Tirana” klublarında çıxış etmiş Andi Lila 2015-ci ildə icarə əsasında “Parma”nın formasını geyinib. O, 2007-ci ildən şərəfini qoruduğu Albaniya yığmasında 60 oyun keçirib.