13:34 15-04-2017
news_image
3541
TOP OYUNLARI

Yığmamızın Avropa Liqasında oyunlarının TƏQVİMi açıqlandı

Kişi voleybolçular arasında Avropa Liqasında qrup mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının görüşlərin başlama günü və saatı da dəqiqləşib.

 

Belə ki, iyunun 16-18-də Makedoniyanın ev sahibliyi edəcəyi I dövrədə ilk oyunu ev sahiblərinə qarşı keçirəcəyik. Ardınca İsveç və Albaniya ilə üz-üzə gələcəyik.

 

Yarışın II dövrəsinə isə oyunlara ev sahibliyi edəcək Albaniya ilə start verəcəyik. V turda rəqibimiz Makedoniya olacağı halda, son qarşılaşmada İsveçlə gücümüzü yoxlayacağıq.

 

Makedoniya, I dövrə

16 iyun

19:00. Albaniya – İsveç

21:30. Makedoniya – Azərbaycan

 

17 iyun

19:00. İsveç – Azərbaycan

21:30. Albaniya – Makedoniya

 

18 iyun

19:00. Azərbaycan – Albaniya

21:30. Makedoniya – İsveç

 

Albaniya, II dövrə

23 iyun

17:00. İsveç – Makedoniya

20:00. Albaniya – Azərbaycan

 

24 iyun

17:00. Makedoniya - Azərbaycan

20:00. İsveç – Albaniya

 

25 iyun

17:00. Azərbaycan – İsveç

20:00. Makedoniya – Albaniya