16:26 15-04-2017
news_image
519
TOP OYUNLARI

Yığmamızın oyunçularının növbəti sınağını vaxtı dəqiqləşdi

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunların təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin blokçusu Kseniya Poznyak və hücumçusu Yana Kulan matçlarını aprelin 19-da keçirəcəklər.

 

Belə ki, həmin gün 5-8-ci yerdə mübarizə aparacaq komandaların qarşılaşmasına start veriləcək. Poznyakın şərəfini qoruduğu “Beşiktaş” “Bursa BB”nin qonağı olacağı halda, Kulanın çıxış etdiyi “Çanakkale Bld” “Halkbank”ı qəbul edəcək.

 

Bu komandalar arasında növbəti matçlar 3 gün sonra baş tutacaq. Əgər hansısa cütdə klublar hərəyə 1 qələbə qazanarlarsa, aprelin 25-də onlar bir daha güclərini yoxlayacaqlar.

 

Ardınca qaliblər 5-ci, məğlublar 7-ci yer üçün oynayacaqlar.