10:50 17-04-2017
news_image
783
DİGƏR NÖVLƏR

Yığmamız Avropa çempionatına 4 idmançı ilə gedir

Aprelin 19-da Rumıniyada idman gimnastikası üzrə şəxsi Avropa çempionatı start götürəcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan yığması da mübarizə aparacaq.

 

4 gün davam edəcək çempionatda ölkəmiz 4 gimnastla təmsil olunacaq. Kişilərin yarışında Bense Talasla Murad Ağarzayev, qadınların mübarizəsində isə Yuliya İnşina ilə Yekaterina Tişkova nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.