15:59 20-04-2017
news_image
704
TOP OYUNLARI

Yığmamız İsraildə qələbə qazandı

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri yerli “Yehuda” klubu ilə üz-üzə gəliblər.

 

Matç millimiz üçün uğurlu alınıb. İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığmamız ilk seti uduzsa da, ardınca toparlanıb. Onlar rəqiblərini 4:1 (23-25 25-16 25-15 25-19 25-14) hesabı ilə məğlub ediblər.