12:48 21-04-2017
news_image
823
TOP OYUNLARI

Kapitan milliyə qoşuldu - FOTO

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətinə yeni voleybolçu qoşulub. Apasport.az saytının məlumatına görə, yığmanın kapitanı Odina Bayramova dünəndən Faiq Qarayevin sərəncamındadı. O, artıq İslamiadaya hazırlaşan komandanın məşqlərinə qoşulub.

 

Qeyd edək ki, Bayramova İtaliyanın “Frenze” klubu ilə A seriyasının 1/4 finalında oynadığı üçün milliyə gec qoşulub. Onun komandası “Konegliano”ya uduzduğundan yarımfinala yüksələ bilməyib.