11:28 22-04-2017
news_image
651
TOP OYUNLARI

İsraildə növbəti qələbə

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri yenə yerli klubla qarşılaşıblar.

 

Belə ki, ilk matçda “Yehuda”ya 4:1 hesabı ilə qalib gələn komandamız bu dəfə “İlabur” klubunu məğlub edib. Oyun millimizin 4:0 hesablı (25:20, 25:16, 25:16, 25:21) qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, kişi voleybolçulardan ibarət yığmamız gələn ay İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək.