14:52 23-04-2017
news_image
703
FUTBOL

“Qəbələ” “Gent”ə qalib gəldi - VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən “Qəbələ”nin U-16 komandası 3-cü turda Belçika “Gent”i ilə görüşüb.

 

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Təbriz İsazadənin qolu “qırmızı-qaralar”a 3 xal qazandırıb.

 

İlk turda İtaliya “İnter”inə (1:2), ardınca Tiflis “Dinamo”suna (1:6) məğlub olan “Qəbələ” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. 

 

Bir günlük istirahətdən sonra aprelin 24-də keçiriləcək qarşılaşmada Şəhruz Mustafayevin yetirmələri Xorvatiya “Dinamo”su (Zaqreb) ilə görüşəcək.

Qeyd edək ki, ilk iki oyunda "Qəbələ"nin qollarına müvafiq olaraq Məhəmməd Məhərrəmov və Rüstəm Nuruyev imza atıblar.