12:06 24-04-2017
news_image
562
TOP OYUNLARI

Yığmamız İsrailə qalib gəldi

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri 3-cü yoxlama matçında ev sahiblərin U-23 yığması ilə qarşılaşıblar.

 

İslamiadaya hazırlaşan voleybolçularımız əvvəlki görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıblar. Onlar rəqiblərini 3:1 (25:18, 25:12, 23:25, 25:17) hesabı ilə məğlub ediblər.

 

Qeyd edək ki, millimiz daha öncə “Yehuda”ya 4:1, “İlabur”a 4:0 hesabı ilə qalib gəlib.