11:51 25-04-2017
news_image

Boksçularımız Ukraynadan 3 medalla qayıdır

Ukraynanın Herson şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, Nikolay Manqerin xatirəsinə hər olunan yarışda Azərbaycanı təmsil edən “Gilan” klubunun idmançıları 3 medal qazanıblar.

 

Belə ki, Hersona yollanan 9 həmyerlimizdən Tural Əhmədov, Seymur İsayev (hər ikisi 60 kq) və Sadiq Səmədov (+91) yarımfinalda uduzduqlarından bürünc medalla kifayətləniblər. Cavad Quliyev (64 kq), Pərviz Hüseynov (69 kq), Elvin Məmmədov (75 kq), Elxan Əliyev (81 kq), Heydər Heydərov (91 kq) və Asəf Aslanlı (+91 kq) isə turnirdə ilk döyüşdə məğlub olublar.

 

Yarışa ölkəmizlə yanaşı, ev sahibləri, Moldova və Türkiyə boksçuları da qatılıblar. “Gilan” komanda hesabında 3-cü olub.