01:46 27-04-2017
news_image
1244
FUTBOL

PSJ “Monako”nun daşını daş üstə qoymadı - VİDEO

Fransa kubokunda finalçıların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ikinci yarımfinal oyununda PSJ “Monako” ilə qarşılaşıb.

 

Parislilər möhtəşəm qələbə ilə adını finala yazıdırıblar – 5:0.

 

Qeyd edək ki, ilk yarımfinal oyununda “Anje” “Genqam”a iki cavabsız qol vuraraq həlledici mərhələyə adlamışdı.

 

Fransa kuboku

Yarımfinal

 

PSJ – “Monako” – 5:0

Qollar: Draksler, 26, Kavani, 31, Mbae, 51 (öz qapısına), Matuidi, 52, Markinyos, 90