10:09 10-04-2008
news_image
913
DİGƏR NÖVLƏR

Azərbaycan boks yığmasının üzvü Ceyhun Əbiyev karyerasını bitirib

Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın boks yığmasının daha bir üzvü karyerasını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 48 kq çəki dərəcəsində döyüşən Ceyhun Abıyev milli komandadan ayrılıb. Buna səbəb 35 yaşlı boksçunun Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməməsidir. C.Abıyev hazırda Yunanıstanın paytaxtı Afinada keçirilən lisenziya xarakterli turnirdə ilk döyüşdə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, C.Abıyev dəfələrlə Azərbaycan çempionu tituluna sahib çıxsa da, karyerası ərzində nüfuzlu rəsmi yarışlarda fəxri kürsüyə yüksələ bilməyib.