11:29 10-04-2008
news_image
409
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları “Dubai Open-2008” turnirində mövqelərini əldən veriblər

Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Dubai Open-2008” ənənəvi şahmat turnirində 4-cü turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan şahmatçıları liderlər qrupundakı mövqelərini əldən veriblər. Dörd oyundan 3 xal toplayan Rəsul İbrahimovla Sərxan Quliyev liderdən bir xal geri qalırlar. Yeniyetmələr arasında Avropa və dünya çempionu Eltac Səfərli, turnirin reytinq favoriti Qədir Hüseynov, İlqar Bacarani, Vasif Durarbəyli və Loğman Quliyevin hesabında 2,5 xal var. Keçirdiyi üç oyunda məğlub olan Ülvi Bacarani 1 xalla autsayderlər qrupunda qərarlaşıb.