10:11 03-05-2017
news_image
543
TOP OYUNLARI

Millimizdən 6-cı qələbə

Sloveniyada təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, komandamız ikinci dəfə Səudiyyə Ərəbistanının yığması ilə üz-üzə gəlib.

 

İlk dueldə 4:1 hesabı ilə qalib gələn Fərid Cəlalovun yetirmələri bu dəfə 3:1 (25:18, 25:22, 25:21, 23:25) hesablı qələbəyə seviniblər.

 

Qeyd edək ki, yığmamız mayın 6-dək Mariborda təlim-məşq toplanışını davam etdirəcək. Komandamız hazırlıq dövründə keçirdiyi 6 oyunun hamısında qələbə qazanıb.