12:27 05-05-2017
news_image
2914
FUTBOL

Futbol tarixinin ən axmaq avtoqolu – VİDEO

Ukrayna futbolunda qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin I dəstəsində analoqu olmayan avtoqol qeydə alınıb.

 

Hadisə “Obolon-Brovar” ilə “Bukovina” arasında görüşdə gerçəkləşib. Meydan sahiblərinin 1:0 hesablı qələbəsinin “memarı” İqor Boyçuk olub.

 

“Bukovina”nın müdafiəçisi 87-ci dəqiqədə matçın taleyini həll edən tarixi avtoqolun müəllifi kimi yadda qalıb. Sol cinahdan cərimə meydanında daxil olan “Obolon-Brovar”ın futbolçusu qapı önünə ötürmə edib.

 

Qolkiper bu topu düz komanda yoldaşlarının qarşısına qaytarıb. Daha cəld tərpənən Boyçuk isə öz qapısını nişan almaqdan çəkinməyib. Ukraynada bunu ilin avtoqolu elan ediblər.