11:01 09-05-2017
news_image
479
TOP OYUNLARI

Yığmamız “Qələbə-2017” kubokunu qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 18 yaşadək basketbolçular arasında “Qələbə-2017” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi Azərbaycan millisi olub.

 

Komandamız keçirdiyi bütün matçları qələbə ilə başa vurub. Basketbolçularımız “Almatı”nı (Qazaxıstan) 72:36, “Çuy vilayəti”ni (Qırğızıstan) 52:35, “Daşkənd”i (Özbəkistan) 81:30, “Dubna”nı (Rusiya) 92:31 və “Fire 29”u (Qırğızıstan) 72:57 hesabı ilə məğlub edib.