13:11 11-04-2008
news_image
541
DİGƏR NÖVLƏR

İsmayıl İsmayılov: “Boksçular etimadı doğrultmadılar”

Bakı. Kənan Həsənov – APA-Sport. “Boksçuların lisenziya xarakterli turnirdə çıxışına münasibətim mənfidir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov söyləyib. İ.İsmayılov milli komandamızın Afinada keçirilən sonuncu lisenziya xarakterli turnirdə etimadı doğrultmadığını bildirib: “Afina Olimpiadasında 9 boksçumuz iştirak etmişdi. Bu dəfə isə lisenziyaların sayı maksimum üç olacaq. Yüksək səviyyədə hazırlaşmaq üçün hər cür şərait yaradılsa da, boksçular onlara bəslənilən etimadı doğrultmadılar”.