13:18 12-05-2017
news_image
602
FUTBOL

Premyer Liqanın 59-cu komandası

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə iştirak edəcək komandaları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Lisenziya Komissiyasının bu gün açıqladığı qərardan sonra yalnız bir debütantın qarşıdakı mövsümdə iştirak edəcəyi bəlli olub.

 

Bu da Bakının “Səbail” klubudu. I divizionda mövsümü 2-ci yerdə başa vuran paytaxt təmsilçisi tarixində ilk dəfə elitada çıxış edəcək.

 

“Səbail” Azərbaycan futbolu tarixinə Premyer Liqanın 59-cu komandası kimi düşəcək. Belə ki, indiyədək 58 komanda yüksək dəstədə çıxış edib. Düzdü, onlardan birinin nəticələri ləğv olunub. Lakin həmin komanda – Nəvahinin  “Gənclik” klubuna görə bütün rəqiblərinə 2 qələbə verilib. Yəni 1992-2017-ci illərin ümumi cədvəlində “Gənclik” də yer almalıdı. Buna görə də siyahıda 58 komanda var. “Səbail” də bu klublara qoşularaq çempionatın 59-cusu olacaq.

 

Qeyd edək ki, bunadək ardıcıllıq baxımından sonuncu – 58-ci komanda “Zirə” idi. Qəsəbə klubu 2015/16 mövsümündə Premyer Liqada debüt edib.