11:38 12-04-2008
news_image
378
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Qədir Hüseynov “Dubai Open-2008” turnirində birinci yeri tutub

Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Dubai Open-2008” ənənəvi şahmat turnirində blits üzrə yarış keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 9 oyundan 7,5 xal toplayan milli komandamızın üzvü Qədir Hüseynov birinci yeri tutub. Digər həmyerlilərimizdən Sərxan Quliyev (7 xal) 4-cü, hərəyə 5 xal toplayan Eltac Səfərli ilə Loğman Quliyev müvafiq olaraq 22-ci və 28-ci olub. Vasif Durarbəyli 4 xalla 46-cı, Elmar Məhərrəmov 2 xalla 73-cü pillədə qərarlaşıb. Blits turnirdə, əsas yarışda iştirak edən 132 şahmatçıdan 78-i iştirak edib.