13:04 22-05-2017
news_image
2278
FUTBOL

Zinəddin Zidan mətbuat konfransında oynadı - VİDEO

“Real”a 5 illik fasilədən sonra La Liqa çempionluğunu qazandıran baş məşqçi Zinəddin Zidan sürprizlə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, “Malaqa” ilə keçirilən son tur matçının (2:0) ardından təşkil edilən mətbuat konfransında fransalı mütəxəssis futbolçuların “hücumuna” məruz qalıb.

 

Belə ki, Zidan qarşılaşmadan sonrakı mətbuat konfransında çıxış etdiyi bir vaxtda zala daxil olan “kral klubu”nun oyunçuları Marselo, Kasemiro, Danilo, Alvaro Morata və Lukas Vaskes onu şampanla isladıblar. Zidan da ayağa qalxaraq, çempionluq mahnısına oynayan oyunçularına qoşulub və gözəl mənzərə yaranıb.

 

Futbolçular zalı tərk etdikdən sonra yerinə əyləşən baş məşqçi mətbuat konfransını davam etdirib.