16:44 22-05-2017
news_image
883
TOP OYUNLARI

“APA Holding”in əməkdaşına İslamiadada “Ən yaxşı foto” müsabiqəsinin qalibi mükafatı təqdim olunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi zamanı çəkilmiş ən yaxşı fotonun müəllifinin mükafatlandırılması mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, müsabiqənin qalibi olmuş “APA Holding”in əməkdaşı Nicat Əlili hədiyyəsini alıb.
 
Ona mükafatını “Reuters” Agentliyinin keçmiş foto redaktoru, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiya Oyunlarının foto rəhbəri Gari Kemper təqdim edib. Təcrübəli mütəxəssis Əlilinin şəklinin ekspert qrupu tərəfindən ən yaxşı foto seçildiyini açıqlayıb.
 
Onun sözlərinə görə, bu foto digərlərini aşkar şəkildə üstələyib: “Mən foto seçkisi zamanı fərqliliyə üstünlük verirəm. Nicatın çəkdiyi şəkil də tam fərqli olub. Bunu “Reuters” Agentliyi səviyyəsində ən yüksək qiymətə layiq foto kimi qiymətləndirmək mümkündü”.