09:35 23-05-2017
news_image
2017
DÖYÜŞ NÖVLƏRİ

“İslamiada yaddaşımda xoş xatirələrlə qalacaq” – Mariya Stadnik

“İslamiada yaddaşımda xoş xatirələrlə qalacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında qadın güləşçilərdən ibarət millimizin üzvü Mariya Stadnik deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 48 kq çəki dərəcəsində çıxış etmiş təcrübəli idmançı, gözlənildiyi kimi, yarışı qızıl medalla başa vurub.

 

Qazandığı nailiyyəti şərh edən Stadnik təşkilatçılıq barədə müsbət fikirlər səsləndirib: “Çempion olduğum üçün şadam. Azərbaycan himni səslənəndə bütün zal himni oxudu. Bunu heç vaxt unutmayacam. Təşkilatçılıq baxımından yarış Yay Olimpiya Oyunlarından heç nədə geri qalmadı. Azərbaycan bu bacarığını 2 il öncə I Avropa Oyunlarına yaxşı ev sahibliyi etməklə də göstərmişdi. Yenə hər şey möhtəşəm idi”.

 

Stadnik İslamiadadan öncə Avropa çempionatında iştirak etdiyini xatırladaraq, öz istəyi ilə bu cür addım atdığını vurğulayıb: “İslam Həmrəyliyi Oyunlarında qalib gələcəyimi gözləyirdim. Mən bütün yarışlara çempion olmaq üçün qatılıram. Uduza bilməzdim. İslamiadadan öncə Avropa çempionatına yollanmışdım. Bununla risk etdiyimi düşünmürəm. Olimpiadadan sonra məndə belə start olmamışdı. Özümü yoxlamalı idim. Avropa çempionatındakı rəqiblərimi də tanıyırdım. Hər şeyi nəzərə alıb, oraya yollanmışdım”.