09:49 14-04-2008
news_image
395
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları “Dubai Open-2008” turnirində birinci olmaq şanslarını itiriblər

Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Dubai Open-2008” ənənəvi şahmat turnirində 8-ci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan şahmatçıları yarışın qalibi olmaq şanslarını itiriblər. Təmsilçilərimizdən yalnız hərəyə 5,5 xal toplayan Rəsul İbrahimov, Eltac Səfərli, turnirin reytinq favoriti Qədir Hüseynov və Sərxan Quliyev digər mükafatlara sahib çıxa bilərlər. Loğman Quliyevlə Vasif Durarbəyli 5, İlqar Bacarani 4,5, Ülvi Bacarani 3 xal toplayıb. 132 şahmatçının iştirak etdiyi və bu gün başa çatacaq turnirə hesabında 6,5 xal olan üç şahmatçısı başçılıq edir.