18:57 23-05-2017
news_image
2676
TOP OYUNLARI

Hollandiya – Slovakiya matçı azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçimiz kişi voleybolçular arasında keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iş başında olacaq.

 

Əliyev Hollandiyada təşkil ediləcək B qrupunun görüşlərində referilik edəcək. O, Moldova – Yunanıstan (23 may), Lüksemburq – Avstriya (25 may) və Hollandiya – Slovakiya (28 may) matçında əsas, Avstriya – Yunanıstan (24 may) və Avstriya – Hollandiya (27 may) oyunlarında isə köməkçi hakim funksiyasını yerinə yetirəcək.