09:29 24-05-2017
news_image
824
TOP OYUNLARI

Yığmamız Bolqarıstana məğlub oldu

Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.

 

Matç İslamiadanın qalibi üçün məğlubiyyətlə başa çatıb. Voleybolçularımız Bolqarıstana 0:3 (23:25, 20:25, 22:25) hesabı ilə məğlub olublar.

 

Qeyd edək ki, yığmalar arasında növbəti sınaq görüşü də baş tutacaq.