18:26 24-05-2017
news_image
6067
TOP OYUNLARI

Millimiz məğlubiyyətlə başladı - YENİLƏNİB

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri startda Türkiyə voleybolçuları ilə üz-üzə gəliblər.

 

Komandamızın “ay-ulduzlular”a qalib gələcəyi inandırıcı deyildi. Çünki yer aldığımız A qrupunun iddialılarından olan qonşu ölkə təmsilçisi həm təcrübə, həm də reytinq baxımından millimizi arxada qoyur. Gözlənildiyi kimi, görüş Türkiyənin qələbəsi ilə yekunlaşıb. Millimiz heç bir setdə rəqibi ilə bacarmayıb. 

 

A qrupu

24 may

 

Türkiyə - Azərbaycan - 3:0 (25:21, 25:21, 25:13)

Hakimlər: Helio Ormonde (Portuqaliya), Milan Raykoviç (Xorvatiya)

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

 

Türkiyə: 1. Əmrə Batur, 2. Caner Pekşen, 4. Burak Güngör, 5. Hesen Yeşilbudak, 7. Gökhan Gökgöz, 9. Serhat Coşkun, 10. Aslan Ekşi, 11. Mert Matiç, 14. Samed Güneş, 16. Murat Yenipazar, 17. Caner Dengin, 18. İzzet Ünver, 19. Yiğit Gülmezoğlu, 20. Mustafa Koç

Lion, İdman Sarayı

 

Qeyd edək ki, digər rəqiblərimizdən qrup matçlarına ev sahibliyi edən Fransa İslandiya ilə, Almaniya isə Ukrayna ilə üz-üzə gələcək.