15:36 24-05-2017
news_image
4091
TOP OYUNLARI

"Fənərbaxça" yığmamızın üzvü ilə müqavilə bağladı

Qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimovanın yeni komandasının adı bəlli olub. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

 

Belə ki, o, “Fənərbaxça” ilə anlaşıb. Yaponiya klubu “Toyota” ilə yollarını ayıran voleybolçu “sarı-lacivərtlilər”lə 1 illik müqaviləyə qol çəkib. “Fənərbaxça” Rəhimova ilə yanaşı, ABŞ-dan olan Karle Lloydu da transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb.

 

Qeyd edək ki, 198 sm boya malik olan Polina Rəhimova zərbə anında 324 sm hündürlüyə tullanmağı bacarır.