09:14 25-05-2017
news_image
718
TOP OYUNLARI

Ukrayna və İslandiya da seçmə mərhələyə xalsız başladı

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Fransada baş tutan E qrupunda Azərbaycan yığmasının rəqibləri də bir-birini sınağa çəkiblər.

 

Belə ki, Almaniya Ukraynanı, Fransa İslandiyanı sınağa çəkib. Hər 2 qarşılaşmada 3:0 hesabı qeydə alınıb. Ukrayna və İslandiya Azərbaycan voleybolçuları kimi sınağa xalsız başlayıblar.

 

I tur

Almaniya – Ukrayna – 3:0 (25:16, 25:20, 25:19)

İslandiya – Fransa – 0:3 (8:25, 8:25, 14:25)

 

Qeyd edək ki, Azərbaycan ilk turda Türkiyəyə 0:3 hesabı ilə uduzub.