18:27 25-05-2017
news_image
2150
TOP OYUNLARI

Almaniya yığmamıza qalib gəldi - YENİLƏNİB

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı A qrupunda II turun görüşlərinə start verilib.

 

İlk matçda Türkiyəyə 0:3 hesabı ilə uduzan voleybolçularımız ikinci cəhdində bu gün Almaniya millisi ilə üz-üzə gəliblər. Fərid Cəlalovun yetirmələrinin bir gün öncə Ukraynaya qalib gələn rəqiblə oyuna yaxşı başlasalar da, bunun ardını gətirə bilməyiblər.

 

Belə ki, ilk set qarşılıqlı hücumlar şəraitində keçib. Hətta komandamız hissənin sonunda hesabda önə keçmək şansı da qazanıb. Lakin təcrübə sonda öz sözünü deyib. Almanlar çətinliklə də olsa, 29:27 hesabı ilə hissəni aktivlərinə yazıblar.

 

Növbəti iki set isə rəqibin üstünlüyü şəraitində keçib. Komandamız oyunda dönüş yaratmağa çalışsa da, buna müyəssər ola bilməyib – 0:3.

 

Qrupumuzun digər oyunlarında İslandiya Türkiyəni, Fransa Ukraynanı sınağa çəkəcək.

 

Qeyd edək ki, yığmamız növbəti görüşünü sabah Ukraynaya qarşı keçirəcək.

 


25 may

Almaniya - Azərbaycan - 3:0 (29:27, 25:18, 25:18)

Hakimlər: Milan Raykoviç (Xorvatiya), Alin Mateyzer (Rumıniya)

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

 

Almaniya: 1. Kristian Fromm, 2. Markus Stevervald, 3. Ruben Şot, 5. Morit Reyçert, 6. Denis Kaliberda, 8. Markus Böhme, 9. Giorgi Qrozer, 10. Şöps Yoçen, 11. İmmanuel Kampa, 13. Simon Hirş, 16. Julian Zenger, 17. Yan Zimmermann, 20. Filipp Kollin, Tobias Krik

 

Lion, İdman Sarayı

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Almaniya

2

2

0

6-0

154-118

6

2

Fransa

1

1

0

3-0

75-30

3

3

Türkiyə

1

1

0

3-0

75-55

3

4

Azərbaycan

2

0

2

0-6

118-154

0

5

Ukrayna

1

0

1

0-3

55-75

0

6

İslandiya

1

0

1

0-3

30-75

0