13:15 25-05-2017
news_image
1131
TOP OYUNLARI

“Real”ın hücumçusu “Milan”la anlaşdı

“Real”ın hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı forvard “Milan”la anlaşıb.

 

“Çelsi” və “Mançester Yunayted”in də maraq dairəsində olan İspaniya millisinin üzvü “rossonyerlər”in təklifini müsbət cavablandırıb. Keçid reallaşarsa, Moratanın “Milan”da illik məvacibi 7,5 milyon avro təşkil edəcək. Futbolçu ilə ortaq məxrəcə gələn italyanlar artıq “Real”la danışıqlara start verib. “Milan” bu transfer üçün qarşı tərəfə ilkin olaraq 60 milyon avro təklif edib.

 

Qeyd edək ki, “Real” 2014-cü ildə 20 milyon avroya “Yuventus”a satdığı Moratanı ötən yay 30 milyon avroya qaytarıb.