13:55 25-05-2017
news_image
1044
DİGƏR NÖVLƏR

Məşqçilər korpusu Ruslan Lunyovu Qəbələyə göndərir

Güllə atıcılığı üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 6-14-də Qəbələdə keçiriləcək Dünya Kubokuna Azərbaycan 3 snayperlə qatılacaq.

 

Məşqçilər korpusu yarışda İslamiadanın 5 qat qalibi Ruslan Lunyova, həmin Oyunların qızıl və bürünc mükafatçısı Nigar Nəsirova, həmçinin Nəzrin Abbaslıya şans verəcək.

 

Bu idmançıların hər 3-ü 10 m və 25 m məsafədə hədəf önünə keçəcəklər.