16:18 25-05-2017
news_image
892
TOP OYUNLARI

“Üstünlüyümüzü saxlaya bilmədik” – yığmamızın kapitanı

“Biz top qəbulunda lazımı oyunu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Aleksey Çervyakov deyib.

 

Komandasının kapitanı yığmamızın dünya çempionatının seçmə mərhələsində Türkiyə ilə oyununu şərh edib. 33 yaşlı toppaylayıcı bildirib ki, təşəbbüsə yiyələnərkən bunu qorumaqda çətinlik çəkiblər: “Görüşün əksək hissəsini hesabda geridə olduq. Üstünlük qazandığımız anda isə bunu qoruyub saxlaya bilmədik. Biz yalnız 2 setdə rəqiblə başabaş mübarizə apardıq. Üçüncü hissədə də bunu bacarmadıq”.

 

Qeyd edək ki, millimiz “ay-ulduzlular”a 0:3 (21:25, 21:25, 13:25) hesabı ilə məğlub olub.