18:46 25-05-2017
news_image
703
TOP OYUNLARI

Almaniya - Azərbaycan: kim daha güclü oldu?

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Almaniya oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, A qrupunun II turunda 0:3 hesabı ilə məğlub olduğumuz görüşdə komandamızın ən məhsuldar oyunçusu Pərviz Səmədov olub.

 

Onun 10 dəqiq zərbəsi yığmamıza xal qazandırıb. Fərid Cəlalovun digər yetirmələrinə gəlincə, Rəsul İbrahimov 9, Vüqar Bayramov 7, Dmitri Obodnikov 5, Cavid Süleymanov, Aqil Ağazadə, Aleksey Çervyakov və Dmitri Baranov hərəyə 2 xal toplayıblar.

 

Rəqibin heyətində isə Morit Reyçertlə Şöps Yoçen fərqləniblər. Onların hərəsi Bundestimə 10 xal qazandırıblar.