09:36 26-05-2017
news_image
2330
TOP OYUNLARI

“Azərbaycanın hücumdakı liderlərini zərərsizləşdirsək, asan olacaq”

Ukrayna millisinin voleybolçusu Olesya Rixlyuk yerli federasiyanın rəsmi saytına müsahibə verib. Apasport.az xəbər verir ki, İsveçrə “Volero”sunun şərəfini qoruyan 30 yaşlı hücumçu milliyə qayıdışından və Azərbaycanda keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki şanslarından danışıb.

 

- Uzun fasilədən sonra milliyə qayıtdız. Komandaya çağırılmamağınız nə ilə bağlı idi?

- İndi Ukrayna Voleybol Federasiyasında rəhbərlik dəyişib. Onlar məndən adam kimi xahiş etdilər, mən də razılaşdım. Buna qədər federasiya ilə münasibətlər fərqli idi.

 

- Uzun illər Avropa təcrübəsi olan voleybolçu kimi dünya çempionatının seçmə mərhələsində qrupumuzu necə dəyərləndirirsiz?

- Bizim əsas rəqiblərimiz Azərbaycan və Hollandiyadı. Sonuncular Olimpiya Oyunlarında uğurla çıxış edib, 4-cü yeri tutublar. Ümumiyyətlə, bu komandanın yüksək səviyyədə böyük təcrübəsi var. Azərbaycan millisi də pis komanda deyil. Bu yığmanın hücumdakı liderlərini zərərsizləşdirməli olacağıq ki, bunu bacarsaq asan olacaq.

 

- Oyunlar Bakıda olması işinizi çətinləşdirəcəkmi?

- Biz çalışacağıq ki, maksimum bacarığımızı ortaya qoyaq. Taleyin hökmü neçə yer tutacağımıza qərar verəcək.

 

- Sizin kimi təcrübəli oyunçu üçün mundaiala vəsiqə qazanmaq nə dərəcədə ciddi motivasiyadı?

- Əlbəttə, Ukraynanın özünü göstərməsini istəyirəm. Mən yığmamıza dünya çempionatına vəsiqə qazanmağa kömək etmək istəyirəm.

 

- Yığmamızı bu il Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı da gözləyir. Orda nəyə ümid etmək olar?

- Düzünü deyim ki, bu məsələni müzakirə etməmişik. Qarşıdakı hədəf dünya çempionatının seçmə mərhələsidi. Sonrasına isə baxarıq.