10:30 26-05-2017
news_image
5087
FUTBOL

“Qarabağ”dan təklif almışıq" - Alberto Berqossi

“Masa arxasında əyləşib, Çitronun gələcək karyerasını müzakirə etmək üçün çempionatın başa çatmasını gözləyirdik. Artıq bunu edə bilərik. Təklifləri dəyərləndirib bir qərar verəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Trapani”nin hücumçusu Nikola Çitronun meneceri Alberto Berqossi deyib.

 

Ölkəsində “Sicilia” jurnalına açıqlama verən agent “Qarabağ”ın maraq dairəsində olan Çitro ilə bağlı danışıb. Berqossi Ağdam klubundan təklif aldıqlarını təsdiqləyib.

 

Lakin o, hələ yekun qərarlarını vermədiklərini əlavə edib: “Nikolaya görə Azərbaycandan təklif aldığımı təsdiqləyirəm. “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edəcək komandadı. Onu da deyim ki, yanvarda Yaponiya ilə əlaqəm olmuşdu. Bu ölkənin “Saqana Tosu” komandasını dostum Massimo Fikkadenti çalışdırır. Şəxsən mən Çitronun həmin vaxt bu təklifi dəyərləndirməsini istərdim. Fikkadentinin zəngi və Çitronu istəməsi məni yaxşı mənada təəccübləndirmişdi. Çitro özü də bu təklif qarşısında donub qalmışdı. Əslində, futbolçu B seriyasında normal pul qazanırdı. Amma komandası “Trapani” aşağı liqaya yuvarlandı. Bu isə onun planlarına aid deyil”.

 

Qeyd edək ki, İtaliya mətbuatında “Qarabağ”ın Çitroya 3 illik müqavilə və ilinə 300 min avro maaş təklif etdiyi yazılmışdı.