16:02 26-05-2017
news_image
666
TOP OYUNLARI

Sampaolinin təzminat haqqı açıqlandı

“Sevilya” rəhbərliyi komandanın baş məşqçisi Xorxe Sampaolini Argentina yığmasına buraxmağa razılaşıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, La Liqa klubunun prezidenti Pepe Kastrone bunun üçün qarşı tərəfin təzminat ödəməli olduğunu bildirib.  

 

Ölkəsinin mətbuatına açıqlama verən “Sevilya”nın rəhbəri təzminatın məbləğini açıqlayıb: “Biz Sampaolinin getməsini istəmirik. Onu “Sevilya”dan ayırmağın bir yolu var – bizə təzminat haqqı ödəmək. Bu məbləğ isə 1,5 milyon avroya bərabərdi. Başqa yolu yoxdu. Tez bir zamanda Argentina Futbol Assosiasiyasının prezidenti ilə görüşəcəyəm”.

 

Qeyd edək ki, 57 yaşlı çalışdırıcı “Sevilya”nı ötən ildən çalışdırır.