00:00 27-05-2017
news_image
908
TOP OYUNLARI

Ukrayna – Azərbaycan: Millimizin ən yaxşısı kim oldu?

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində üçüncü oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Ukrayna voleybolçuları ilə üz-üzə gəliblər.

 

Görüş rəqibimizin 3:0 (25:13, 25:23, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki setdə zəif çıxış edən, sonrakı iki hissədə isə müqavimət göstərməyə çalışan yığmamızın heyətində 6 oyunçu aktivinə xal yazmağı bacarıb.

 

Ən çox uğur əldə edən Pərviz Səmədov olub. Hücumçumuz 12 xal toplaya bilib. Onu 11 xalla Vüqar Bayramov izləyib. Üçüncü Dmitri Obodnikov isə 7 dəfə rəqibi məyus edib.

 

Digər oyunçularımızıdan İvan Kazaçkov 5, Rəsul İbrahimov və Aqil Ağazadə isə millinin hesabına 1 xal yazıdırıb.