09:20 30-05-2017
news_image
770
TOP OYUNLARI

Yığmamızın oyunçusu seçmə mərhələdə şanslarını dəyərləndirdi

“İslam Həmrəyliyi Oyunlarının qalibi olduqdan sonra Bolqarıstana yollandıq və orda yoxlama matçları keçirdik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Şəfaqət Həbibova deyib.

 

26 yaşlı toppaylayıcı dünya çempionatının seçmə mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, Bakıda keçiriləcək E qrupunun qarşılaşmalarında əsas hədəfləri mərhələ adlamaqdı.

 

Həbibovanın sözlərinə görə, rəqiblərimizin hamısı – Danimarka, Hollandiya, Norveç, Ukrayna və İsrail güclü olsa da, yığmamız onlardan da üstündü: “Biz ilk matçda Norveçlə oynayacağıq. Fikrimcə, çox yaxşı hazırlıq keçmişik və Bakıda mübarizə aparacaq yığmaların hər birinə ciddi rəqib kimi hörmət edirik. Amma Azərbaycan millisi də çox güclüdü”.