13:53 30-05-2017
news_image
3561
TOP OYUNLARI

“Azərbaycanın sürətli oynamaması lehimizədi” – ukraynalı baş məşqçi

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Qari Yeqizarov yerli federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının Bakıda keçiriləcək dünya çempionatının E qrupundakı seçmə oyunlarında şanslarını dəyərləndirib.

 

- Bu gün start götürəcək seçmə mərhələyə nə dərəcədə hazırsız?

- Bizim üçün ideal şərait yaradılmışdı. Yaxşı hazırlıq keçdik. Yeganə problem sınaqçı rəqibin olmaması idi. Təəssüf ki, heç bir komanda bizimlə Yujnıda görüşmək istəmədi. Yığmadan razıyam. Ab-hava yüksək səviyyədədi. Qızlar oyunlar köklənib ki, bu da ən vacibidi.

 

- Rəqibləriniz barədə nə düşünürsüz?

- İlk rəqibimiz İsrail gücümüzə görədi. Yeganə çatışmazlıq debüt həyəcanıdı. İkinci oyun günündə bizi əsas rəqiblərimizdən biri Azərbaycan gözləyir. Bu komandanın heyətində hücumda parlaq çıxış edən liderlər var. Lakin onların Hollandiya ilə müqayisədə o qədər sürətli oynamaması lehimizədi. Azərbaycanla oyunda əsas məqsədimiz dioqnal hücumçularını zərərsizləşdirməkdi.

 

- Bəs Hollandiya, Danimarka və Norveçlə oyun barədə nə deyə bilərsiz?

- Üçüncü oyunumuz Norveç, son qarşılaşmamız Danimarkaya qarşı olacaq. Reytinqə görə bu 2 komanda qrupun autsayderləridi. IV turda görüşəcəyimiz Hollandiya isə favorit hesab olunur. Rio Yay Olimpiya Oyunlarının yarımfinalçısı olan “narıncılar” balanslaşmış heyətə malikdi. Təcrübəli voleybolçular çox sürətli və aqressiv oynayırlar. Amma məğlubedilməz komanda yoxdu.

 

- Ardıcıl 5 gün oynamağınız heyətdə rotasiyalara məcbur edir. Komanda bu çətinliyə dözə biləcəkmi?

- Bunun üzərində çalışmışıq. Çünki bütün 5 oyunu eyni heyətlə oynamaq çox çətindi. Hesab edirəm ki, bütün mövqelərdə eyni gücə malik əvəzləyicilərimiz var. Məşqlərdə bunu sınaqdan keçirib, rəsmi matçlara hazırlaşmışıq.

 

- Artıq əsas “altılığ”ı da müəyyənləşdirdiyinizi demək olarmı?

- Elə mövqelər var ki, orda çıxış edəcək voleybolçu yerini çoxdan möhkəmlədib. Amma bəzi zonalarda rotasiyalar aparacam.