18:49 30-05-2017
news_image
1102
TOP OYUNLARI

Azərbaycan – Norveç: Kim necə oynadı? - STATİSTİKA

Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Norveç matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmanın bombardiri adını Yelizaveta Səmədova qazanıb.

 

“Telekom”un hücumçusu millimizə 18 xal qazandırıb. Səmədova, həmçinin ən yaxşı hücumçu (14 xal) və topu oyuna ən yaxşı daxil edən (4 xal) oyunçu nominasiyasında da birinci olub.

 

Top qəbulunda və blokda isə norveçlilər fərqlənib. Müvafiq olaraq, Solqaard Telle və Heyle Mikaelsen bu mövqelərin ən yaxşısı seçiliblər.  

 

Baş məşqçi Faiq Qarayev hər bir voleybolçuya şans verdiyindən demək olar ki, onların hər biri xal da qazanıb. Səmədovadan başqa, millimizin aktivinə Polina Rəhimova 9, Natalya Məmmədova 8, Aynur Kərimova 6, Yekaterina Jidkova 5, Ayşən Abduləzimova 4, Kseniya Poznyak 3, Yana Kulan, Valeriya Məmmədova və Şəfaqət Həbibova hərəyə 1 xal əlavə ediblər.