00:13 01-06-2017
news_image
2995
FUTBOL

Azarkeşlər ixtişaş yaratdı, “Dnepr”in oyunu yarmçıq qaldı - VİDEO

Azarkeşlər futbol üzrə Ukrayna çempionatının 32-ci turu çərçivəsində “Dnepr” və “Volın” komandaları arasında keçirilən oyunun yarımçıq qalmasına səbəb olublar. APA TV-nin məlumatına görə, qarşılaşmanın 48-ci dəqiqəsində fanatların atdığı fişəng “Volın” klubunun qapıçısının düz qarşısında partlayıb.

 

Hakim oyunu dayandırıb və bundan sonra qarşılaşma bərpa edilməyib. Oyun dayandırılarkən “Dnepr” 1:0 hesabı ilə irəli olub. “Dnepr”i baş vermiş hadisəyə görə texniki məğlubiyyət gözləyir.

 

Qeyd edək ki, gənclərdən ibarət milli komandamızın üzvü Dmitri Nağıyev meydan sahiblərinin heyətində matça start 11-liyində başlayıb və görüş dayandırılana qədər meydanda olub.