21:53 01-06-2017
news_image
8586
TOP OYUNLARI

Azərbaycan yenə "quru hesab"a sevindi, Hollandiya və Ukraynadan qələbə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında III turunun qarşılaşmalarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız növbəti matçında Danimarka millisi ilə gücünü yoxlayıb. 

 

İlk 2 matçda "quru hesabla" qalib gələn Faiq Qarayevin yetirmələri bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Belə ki, komandamız rəqibini Bakıya gəlməyə peşman edib. Birinci seti 12 top fərqi ilə aktivinə yazan təmsilçimiz ikinci hissədə də ciddi müqavimətlə üzləşməyib. Bu dəfə 25:14 hesabı ilə qalib gəlmişik. Növbəti set sonuncu olub. Yığmamız sonuncu hissədə də danimarkalıları 25:14 hesabı ilə məğlub edib.

 

Beləliklə, 3-cü görüşü də 3 xalla başa vuran millimiz itkisiz irəliləyir. Onlar qələbə seriyasını sonadək davam etdirəcəkləri halda, muniala birbaşa vəsiqə qazanacaqlar. 

 

Bakı İdman Oyunları Sarayında keçirilən qrup matçlarında III tura isə Norveç - Ukrayna millisinin oyunu ilə start verilib. Bir gün öncə yığmamıza uduzan ukraynalılar revanşlarını skandinaviyalılardan alıblar. 

 

Günə İsrail - Hollandiya qarşılaşması ilə yekun vurulub. Liderlik uğrunda millimizn əsas rəqiblərindən olan "narıncılar" 3:1 hesablı qələbəyə seviniblər.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

III tur

 

İsrail – Hollandiya - 1:3 (19:25, 11:25, 25:22, 15:25)

Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

 

Azərbaycan – Danimarka - 3:0 (25:12, 25:14, 25:14)

Hakimlər: Sabine Vitte (Almaniya), Saşa Stanisiç (İsveçrə)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

 

Norveç – Ukrayna - 1:3 (21:25, 25:22, 14:25, 17:25)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Mikloşiç (Sloveniya)

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

3

3

0

9-0

225:126

9

2

Hollandiya

3

3

0

9-1

247-142

9

3

Ukrayna

3

2

1

6-4

227-205

6

4

İsrail

3

1

2

4-6

198-231

4

5

Norveç

3

0

3

1-9

146-247

1

6

Danimarka

3

0

3

0-9

133-225

0